AzadXeber.az-ın verdiyi məlumata görə, «Ərəb istedadı» yarışmasının misirli iştirakçısı Əmr Əmrusi öz təsirli çıxışı ilə bütün dünyada tanınıb. Gənc oğlan özünü təqdim etdikdən sonra tamaşaya başladıqda münsiflər heyəti onun zarafat etdiyini düşünür, hətta yardımçı aktyorlar qismində çıxış edirlər. Lakin tamaşa getdikcə, məsələnin getdikcə ciddiyyət xarakteri daşıdığı görünür. Məlum olur ki, Əmr Əmrusi əslində Fələstin, Suriya, Livan, İraq, Misir, Liviya və Yəməndə baş verən qırğınları, orada yaşayan insanların acı dolu həyatını əks etdirmək istəyir.
Çıxışın sonunda iştirakçı da daxil olmaqla münsiflər heyəti və bütün zal göz yaşlarına boğulur.
Qeyd edək ki, sözügedən vide çarxa qısa bir zaman ərzində 7 milyondan çox insan izləyib.