FaktXəbər-in verdiyi məlumata görə, ABŞ prezidenti Barak Obamanın Hindistan səfəri bir çox məqamlarla yadda qalıb. Bunlardan biri də, ölkənin baş naziri Narenda Modi ABŞ prezidenti ilə görüşə üzərində adı olan kostyumda gəlib. Qeyd edək ki, pencəkdə və şalvarda adın düzülüşü cızıqlar formasındadır.
The Times of İndia istehza ilə yazıb ki, hökumət başçılarının necə geyinməsi barədə dərslik kitablarında bildirilmir, ancaq Modi bu məsələdə bir addım öndədir.
Modinin bu stili sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub və bütün dünyanın diqqətini cəlb edib.
Qəzetin bildirdiyinə görə Raakeş Aqarvalanın dizayn etdiyi kostyum Jade Blue tikib.
http://s017.radikal.ru/i413/1501/55/4a689208abe6.jpg
http://s020.radikal.ru/i706/1501/c9/bccae5d14278.jpg