Yanvarın 23-də Mark Entoninin və Romeo Santosun “Yo Tambien” kompozisiyasına tanınmış model İrina Şeykin də çəkildiyi klipin premyerası baş tutub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İrina Latın Amerikasından olan yaraşıqlı müğənnilərin arasında sevgi üçbucağına düşür.
Qız növbə ilə qəhrəmanları başdan çıxarır, məsələ iki kişi arasında duel həddinə gəlib çatanda o, onların ikisinin arasında dayanıb müharibəni dayandırmaları üçün yalvarır. Beş gün ərzində mahnını videoda 5 milyondan çox adam izləyib.