Yanvarın 27-də Parisdə Gyunel moda evinin “33 by Gyunel” kolleksiyasına daxil olan aksessuarların təqdimatı keçirilib.
Azərbaycanlı dizayner Günel Rüstəmovanın rəhbərlik etdiyi brendin “The Westin Paris – Vendôme” otelində baş tutan təqdimatında moda dünyasının tanınmış simaları, eləcə də media nümayəndələri iştirak ediblər. Tədbir maraqlı şou ilə başlayıb: Gyunel çantalarının fərqliliyini diqqətə çatdırmaq məqsədilə qurulan tamaşada pantomim aktyorları iştirak ediblər.