Avstraliyada bir çoban qeyri-adi addıma əl atıb.
ANS PRESS-in məlumatına görə, çoban Avstraliyada hər il 26 yanvarda qeyd Avstraliya Günü üçün xüsusi bir hazırlıq görüb.
Sürüsündeki 1030 qoyunu arpa və buğda ilə bəsləyən çoban bu yolla çəmənlikdə Avstraliya bayrağının görüntüsünü yaradıb.
Çoban bu cür bir görüntünü ərsəyə gətirdiyi üçün xoşbəxt olduğunu söyləyib.
Qeyd edək ki, Avstraliya Günü 1788-ci ildə ingilislərin bu torpaqlara ayaq basdığı günü təmsil edir. 26 yanvar ölkənin ən əlamətdar günlərindən biridir.