Erməni sahibkarlar ölkə hökumətinin binasının qarşısında kütləvi aksiya keçirirlər.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.
Məlumata əsasən, sahibkarlar “dövriyyədən verginin tutulması” qanunun qüvvəyə minməsinə görə, etiraz aksiyası keçirirlər
Sahibkarlar yeni qanunla yanaşı, köhnə qanun da saxlanılmasını istəyir. Onlar ən azı bu yolla sahibkarlara bir il daha möhlət verilməsini istəyir.
Etirazçılar həmçinin ölkədə ticarətçilərə qarşı davam edən repressiyalara son qoyulmasını, insanların həyat səviyyəsinin yüksəldilməsi üçün əlavə tədbirlərin görülməsini tələb edirlər.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.