FaktXəbər-in verdiyi məlumata görə, Fransada müsəlmanların dini hislərinə toxunulan daha bir addım atılıb. Belə ki, paytaxt Parisdə keçirilən sərgidə əlcəzair əsilli fransız Zuleyxa Bubdellanın «Sakitlik» adı altında üzərinə dikdaban ayaqqabı qoyulmuş bir neçə canamazı təqdim olunub (Müsəlmanlar canamazın üstündə ayaqqabı ilə durmurlar).
«İslam Təşkilatı İttifaqı»nın rəhbərliyi bu işi müsəlmanların təhqirinə doğru daha bir addım adlandırıb. Qurumun xəbərdarlığından sonra «sənət əsəri» artıq sərgidən götürülüb.
Təəssüf ki, Qərb dünyasında müsəlmanların dini inanclarına toxunaraq onları provokasiyaya çəkməkdə davam edir. Danimarkalı jurnalistin İslam Peyğəmbərinin karikutarısını çəkməyi ilə başlayan bu addım, sonralar bir çox Avropa ölkələrində davam etdi.
Bu yaxınlarda artıq dərcinin dayandırılması düşünülən «Şarli Ebdo» jurnalının redaksiyasına da hücumlar oldu və bu İslam Peyğəmbərinin karikaturası ilə əlaqələndirildi. Qeyd edək ki, şübhəli məqamlarla yadda qalan bu hücumdan sonra əziyyət çəkən yenə müsəlmanlar oldu.
- 11 jurnalistin öldürülməsi “tamaşa” idi?
Fransada müsəlman şurası islamafobiyanın artdığını və məlum hadisədən sonra müsəlmanlara, dini müəssisələrə, məscidlərə qarşı 100 dən çox hücumun həyata keçdiyini bəyan edib.