İranlı qadın savaşçıların videogörünütüsü yayılıb.
İranda açılan ninza məktəbində təhsil alan qadınların görüntüləri nəfəs kəsir. Məktəb Qərb ölkələrinin mümkün hücumlarına qarşı 1989-cu ildə Tehranda qurulub. Bu günə qədər bu məktəbdə 4500 qadın təlim keçib.
Ninza döyüş qrupları ilk dəfə Yaponiyada samuraylara qarşı meydana çıxıb.
Məktəbin direktoru Fatma Məhəmməd “Press TV”-yə açıqlamasında ölkələrinə qarşı hər hansı hücum olarsa “kunoichi” adlandırılan qadın ninzaların dərhal hərəkətə keçməyə hazır olduğunu deyib.
Ninzaların ən önəmli özəlliyi səssiz hərəkət etmək qabiliyyəti, düşmən mövqelərinə səssiz-sədasız girə bilmələri və hər cür silahdan ustalıqla istifadə edə bilmələridir.(Azadliq.info)