Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər azərbaycanlı deputat Rafael Hüseynovun AŞPA-da Rusiyanın Ukraynaya hücumunu qınayan qərarın əleyhinə səs verməsinə münasibət bildirib.
Musavat.com-un məlumatına görə, İsa Qəmbər bu barədə öz feysbuk profilində status yazıb. Həmin statusu təqdim edirik:
“Azərbaycanın hakim rejimi öz deputatları vasitəsilə AŞPA-da Rusiyanın Ukraynaya qarşı təcavüzkarlığını qınayan qərarın əleyhinə səs verib. Bunlar anlamırlar ki, belə prinsipsiz mövqe ilə Rusiyanı qazanmayacaqlar, amma Ukraynanı itirə bilərlər?”