29 yaşlı novosibirli müğənni Maşani Rusiya prezidenti Vladimir Putinə mahnı həsr edib.
Axşam.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, ifaçının “Mənim Putinim” adlı bəstəsinə çəkilmiş klipi onu “Youtube” ulduzuna çevirib. Mahnıda Ukraynadakı müharibələrə, Rusiyaya qarşı sanksiyalara, çətin vəziyyətlərdə Putinin siyasətinə toxunulur.
Maşaninin klipinə “Youtube”a yerləşdirildikdən bir neçə saat sonra 600 mindən çox insan baxıb.