“Kəmaləddin Heydərov və oğlu Tale Heydərov mütəmadi olaraq Avropa Azərbaycan Məktəbi ilə maraqlanırlar. Tale Heydərov tez-tez məktəbə baş çəkir, dərslərdə iştirak edir, şagirdlərin təhsil səviyyələri ilə maraqlanır”.
Bu barədə AzVision.az-a Avropa Azərbaycan Məktəbindən bildirilib. Qeyd edilib ki, məktəbin təsisçisi Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərovdur:
“Tale müəllim həmçinin tez-tez rəhbərliyə zəng vurub, məktəbdəki vəziyyəti öyrənir. Dərslərin gedişini soruşur. Müəyyən tövsiyyələrini verir”.
Həmçinin bildirilib ki, məktəbin yeni korpusu da istifadəyə verilib:
“Yeni korpusun açılış mərasimində Kəmaləddin müəllim də iştirak edirdi. O, çıxış zamanı məktəbdəki təhsil səviyyəsinin daha da yüksəldilməsi ilə bağlı tapşırıqlarını verib. Kəmalədddin müəlimin özü də məktəblə tez-tez maraqlanır. Rəhbərlik məktəbdəki vəziyyətlə bağlı Kəmaləddin müəllimə də məlumat verir”.
Daha sonra bildirilib ki, məktəbdə müəllim-şagird münasibətləri yüksək səviyyədədir:
“Müəllimlərimiz yüksək səviyyədə təhsil və mədəniyyətə malikdirlər. Onlar şagirdlərlə yaxşı, səmimi münasibət qurublar. Bizim məktəbdə şagird-müəllim münasibətlərində heç bir problem yoxdur”.
Qeyd edək ki, 2011-ci ildə Tale Heydərov tərəfindən Bakıda Avropa Azərbaycan Məktəbi yaradılıb. O, bu məktəbin Himayədarlar Şurasının prezidentidir.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.