Ötən il Azərbaycanda magistral neft kəmərləri ilə 45,8 milyon ton neft nəql edilib və 2013-cü illə müqayisədə 5,1 faiz artım qeydə alınıb.
AzVision.az Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, nəqletmənin dörddə üç hissəsi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və 2014-cü ildə bu kəmər vasitəsilə 34,6 milyon ton neft ötürülüb.
Həmçinin bu dövrdə BTC kəməri ilə 5,6 milyon ton tranzit Türkmənistan nefti nəql edilib.