Rəqqasə-müğənni Sevda Sanaliyeva valideynlərindən söhbət açıb.
Gecce.az-ın verdiyi məlumata görə, Sevda kiçik yaşlarında olanda valideynləri ayrılıb.
İfaçı buna baxmayaraq atası rəhmətə gedənə qədər onunla münasibətini pozmadığını deyir.
“Atam dünyasını dəyişib, anam isə dializ xəstəsidir. Atamla anamı mən 6 yaşında olanda boşanıblar. Mən anamla, qardaşım isə atamla yaşayıb. Qardaşım 15 yaşından sonra atamın əzablarına dözməyib bizim yanımıza qaçdı. Hazırda qardaşım da ailəlidir”- deyən Sevda, qardaşı ilə münasibətlərinin çox yaxşı olduğunu bildirdi.
Xatırladaq ki, yay aylarında ailə həyatı quran Sevda Sanalıyeva hamiləliyin son aylarını yaşayır.