Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, hecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaq. Cənub-qərb küləyi səhər arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-7, gündüz 7-10 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə və axşam 80-90, gündüz 55-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Fevralın 04-də hava şəraitinin axşama doğru yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 1-6, gündüz 8-13, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacağı gözlənilir.
Tibbi meteoroloji proqnoz
Fevralın 4-ü səhərdən 5-i gündüzədək Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli yüksəlməsi və güclü xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər. Fevralın 5-i gündüz və 6-da meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Xəbərdarlıq
Fevralın 4-ü gün ərzində və 05-də ölkə ərazisində hava şəraitinin qısa müddət qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi ehtimal olunur.