Səudiyyə Ərəbistanında qəribə təziyə üsulu həyata keçirilib.
Avropa.info xəbər verir ki, Səudiyyə Ərəbistanı kralı Abdullah ölən gün, onun üçün dünya liderləri başsağlığı mesajı yaydığı vaxt, Səudiyyə sarayında da təziyə mərasimi keçirilib.
Ancaq təziyə mərasimi ilə bağlı ortaya çıxan bir görüntü böyük mübahisələrə səbəb olub.
Görüntülərdə kral ailəsinə təziyə üçün gələnləri Səudiyyə şahzadələrinin özü yerinə karton maketləri qarşılayıb. Kralın övladlarının fotoşəkilinin olduğu karton maket arxasından uzanan bir əl isə gələnlərin əlini sıxır.
Qeyd edək ki, kral Abdullah bin Abdüləzizin ölümündən sonra taxta qardaşı, vəliəhd şahzadə və müdafiə naziri 79 yaşlı Salman bin Abdüləziz keçib.