Bu ilin iyununda Azərbaycanda keçiriləcək “Bakı-2015” İlk Avropa Oyunları üçün maraqlı video-çarx hazırlanıb.
Axşam.az-ın məlumatına görə, sosial şəbəkədə yayılan video maraqla qarşılanıb. Promo-çarxda Avropa Oyunlarında keçiriləcək atletika, boks, velosiped, üzgüçülük, stolüstü tennis, triatlon, güləş və voleybol idman növləri üzrə maraqlı fraqmentlər hazırlanıb. Videoda paytaxtımız və idman oyunlarının keçiriləcəyi məkanlar da öz əksini tapıb.
Qeyd edək ki, İlk Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək. Bunlardan 16-sı Olimpiya, dördü Qeyri-olimpiya idman növü üzrə olacaq. 17 yarış günü ərzində Avropanın müxtəlif dövlətlərindən 6000-dən çox idmançının öz ölkəsini təmsil edəcəyi gözlənilir.