Bakı Apellyasiya Məhkəməsində Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun qətlində ittiham edilərək həbsdə olan Lamiyə Quliyevanın məhkəməsinin ilkin baxış iclası olub.
ANS PRESS-in məlumatına görə, Lamiyə Quliyevanın apelyasiya məhkəməsi fevralın 20-nə təxirə salınıb.
Hakim Qədim Babayevin sədrliyi ilə Lamiyə Quliyevaya oxunan hökmdən Baş Prokurorluğun verdiyi protestə baxılıb.
Qeyd edək ki, Lamiyə Quliyeva məhkəmə zalına uşaqla birgə gətirilib. Məhkəməd onun anası, yaxınları iştirak edib.
Foto: Apa