“Qafqazinfo”nun əməkdaşı 20-dən çox taksinin gətirildiyi karvanın videosunu Heydər Əliyev prospektində çəkə bilib.
Taksilərin cari ilin yayında Bakıda keçiriləcək Avropa Yay Oyunları münasibətilə gətirildiyi bildirilir.
Qeyd edək ki, Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəisi Namiq Həsənov açıqlamasında Azərbaycana 500 Taksi TX4 markalı (London taksisi) nəqliyyat vasitələrinin gətiriləcəyini bildirmişdi.
Son 5 il ərzində Azərbaycana ümumilikdə 1 850 ədəd yeni taksi gətirilib ki, onlardan 1 000-i “London taksi”sidir.