“O səs Türkiyə” müsabiqəsinin qalibinin adı açıqlandı. Musavat.com xəbər verir ki, daha çox səs toplayan azərbaycanlı müğənni Elnur Hüseynov müsabiqənin qalibi olub.
Qeyd edək ki, Elnur Hüseynov müğənni Ebru Gündəşin komandasında mübarizə aparırdı. Müsabiqə başlayan gündən Elnur Türkiyə tamaşaçılarının sevgisini qazana bilmişdi. O, təkcə televiziya tamaşaçılarının yox, həm də mütəxəssislərin favoriti sayılırdı. Mütəxəssislər dəfələrlə qeyd edirdilər ki, Elnur Hüseynovun səsi Türkiyə yox, dünya səviyyəli səsdir. Azərbaycan təmsilçisinin “O səs Türkiyə”nin qalibi olacağına heç kim şübhə etmirdi.
Qeyd edək ki, 2008-ci ildə Elnur Hüseynov Azərbaycanı ilk dəfə olaraq “Avroviziya” mahnı müsabiqəsində təmsil edib. O, müsabiqəyə Samir Cavadzadə ilə duet şəklində qatılıb. Onlar 132 xalla müsabiqənin 8-ci olublar. “Eurovion-2008″dən sonra Day After Day sinqli bir çox xarici ölkələrdə tanındı. Mahnıya çəkilmiş klip isə uzun müddət Azərbaycan çartlarında birinci yerdə qaldı.