Lent.az İnformasiya Agentliyinin “Əsir düşərgəsi” layihəsinin materialları əsasında kitab nəşr olunub.
Öz maraqlı layihələri ilə tanınan yazar Vüsalə Məmmədovanın “Cəhənnəmdə böyük çığırtı” adlı kitabı çapdan çıxıb. Kitaba toplanmış 8 hekayətdə erməni girovluğunda olan azərbaycanlıların üzləşdiyi işgəncə və zorakılıqlardan, yaşadığı dəhşətlərdən bəs edilir. Kitabın məqsədi Qarabağ həqiqətlərinin araşdırılması, yeni nəslə, həmçinin dünyaya çatdırılmasında bir addım atmaqdan ibarətdir.
Onu da qeyd edək ki, kitabdakı bir çox faktlar girovluqda olmuş insanların öz dilindən geniş ictimaiyyətə ilk dəfədir çatdırılır.
Kitabın ideya müəllifi və redaktoru Qabil Abbasoğludur.
“Cəhənnəmdə böyük çığırtı” kitabı “APA Holding”in dəstəyi ilə “TEAS Press” Nəşriyyat Evində çap olunub.
“Cəhənnəmdə böyük çığırtı” kitabının təqdimat mərasimi fevralın 20-də saat 12:00-da “Four Seasons” hotelinin “Rast” zalında keçiriləcək.