Bülent Erişin “Geçmişte köpek Max, bu gün Azeri Elnur” yazısına cavab…
Azərbaycandan olan sənətçi Elnur Hüseynov “O ses Türkiye” yarışmasında birincilik qazananda Türkiyədə “Radikal” qəzetinin köşə yazarı Bülent Eriş “Geçmişte köpek Max, bu gün Azeri Elnur” başlıqlı məqalə yazdı. Bülent Eriş həmin yazıda bir neçə il öncə “Yetenek Sizsiniz” yarışmasında qalib olmuş Maks adlı itə və “O ses Türkiye” musiqi yarışmasında bir yabancıya səs verdiyinə görə öz xalqını qınayır.
Yazınızı üzülərək oxudum, Bülent bəy. Ölkəmizdə o qədər sorun var ki, həmən sizə cavab yazmağa zaman olmadı. 2011-ci ildə “Yaxşı Cazibə” dizisinin ekibi Bakıya gəldi.
“Biz Cazibeni belə sadə, baxımsız bir köy qadını kimi təqdim etdiyimiz halda, sizin qadınların geyimi, baxımlılığı bizi şaşırtdı doğrusu”, dedilər. “Üstəlik, Azərbaycanın bu qədər içdə və bu qədər Akdeniz sahilindəki kimi bir ölkə olduğunu gözləmirdik”.
Türkiyəlilər bizim haqda çox bilməzlər. Ancaq biz sizin kültürünüzü, ədəbiyyatınızı, siyasətinizi yaxşı bilirik.
Ötən il Twitter də sizin gənclərlə bizimkilər arasında “hangimiz köylü türkləriz” janrında bir dartışma oldu. Yazışmalar sonucunda Türkiyə gəncliyi “Siz bizimlə ilgili bütün detayları bildiyiniz üçün nərdən desək ordan konuşur, tutarlı səbəblər gətirirsiz. Bizsə Azərbaycan və onun tarixi haqda heç bir şey bilmədiyimiz üçün susmaq zorunda qalırıq” deyib pes etdi. Bu dartışma siyasal bir anlam daşımasa da gəncliyin faktoloji karşısında səmimi etirafıydı.
Hər nə qədər bizi tanımasaz da, yarışma birincisini Türkiyənin “o səsi” saymasaz da, Türkiyə xalqı Elnuru seçdi. “Yabancı” adlandırdığınız bu xalq Türkiyənin hər uğuruna sevinir, hər acısına qatılır. PPK-nın ölkənizdə törətdiyi terror aktlarından iç siyasət davalarına, futbol klublarının fanatları arasındakı düşmənçiliyə, türban məsələsinin dövlət səviyyəsində dartışılmasından ERGENEKON məsələsinə, kürtajın (abortun) siyasi konuya çevrilməsinə, “Gezi parkı” olayından Türkiyənin ərəbləşməsinə, Özgecanın ölümünə kimi hər şey bizi sarsıdır və mütləq bunlarla ilgili yazırıq, konuşuruq. Özgecan olayından sonra bir qrup azərbaycanlı aktivistlər aksiya keçirib ətək geydi. “Mini ətəyə göz qoymaq erkəkliksə, biz erkək olmaq istəmirik” dedilər. Ölkənizdə gedən daha dərin olaylardan da xəbərimiz var. Ancaq indi konu bu deyil.
“Siz indi bu tarixi ayrılmazlığı bir köpək misalı səviyyəsinə endirir, yabancılıq göstərməyə çalışırsız. Biz elə də köpək səviyyəsində bir xalq deyilik. ABŞ yalnız iyirminci əsrdə qadına seçki hüququ verdiyi halda bizim çox dəyərli aydınımız Əhməd bəy Ağayev on doqquzuncu əsrdə qadın hüquqları üzərinə çalışmalar yapıb” |
Türkiyə hər zaman Azərbaycanın ən böyük və tək dəstəkçisi olub. Eləcə də Azərbaycan Türkiyənin. Bu qardaş məmləkətin kültürəl tarixini barmaq ucuyla bir vərəqləyin. Bizim hər zaman tox, başıdik durmağımıza baxmayın. Heç zaman üzümüzü dünyaya tutub “məni əzdilər” söyləyə bilmədik. Bu gün 23 ili tamam olan “Xocalı soyqırımı” haqda sorsam xəbəriniz olmaz. Halbuki ermənilərin soyqırım iddiasını bütün dünya bilir. Bizim sənədli-sübutlu soyqırımı heç qardaş ölkənin aydınları doğru-dürüst tanımır. “Bu, öz günahınız” deyəcəksizin, ancaq, biz onlar kimi hər yerdə “bizi əzdilər, alçaltdılar, öldürdülər” deyib boyun bükməyə, hətta bununla qürurlanmağa utanırıq. Çünki onurluyuz, aşırı dərəcədə, gərəksizcə onurluyuz. Bağırmadan, sakincə bu soyqırımı dünyada tanıtmağa çalışırıq. Real faktlardan oluşan kitablar yazırıq, filmlər çəkirik, onları dünyaya göstəririk. Bu günlərdə tükürpədici məqamlarla dolu “ Əsir düşərgəsi” adlı Xocalı soyqırımını anlatan bir kitab çıxdı Bakıda.
Maraqlansaz, sizə də göndərərik. Bu cür matəmlərin birində Türkiyədən olan bir okurum təbrik mesajı yolladı mənə. “Qaliba sizdə bayram, təbrik ediyorum”. Ona da yazdım, sizə də yazıram, siz 1918-də Bakı qətliamını, 1990 da 20 Yanvar olayını, 1992-ci il Xocalı soyqırımını iyicə öyrənsəniz, ən azı Türkiyəyə soyqırım iddiası irəli sürənlərin qarşısına ermənilərin əlilə Rusiyanın yapdığı bir gerçək türk soyqırımı faktını qoya bilərsiz. O vahşetləri oxumanız lazım. Siz də öz ulusunuzu savunmuş olarsız böyləliklə.
Elif Şafakı az qala daşladız amma, qadın “Baba və Bic” əsərində iki xalqı çox aydın təsvir edib. Orda incə detaylar var. Bir erməni bərbərə gedir. Saçını yapdıkdan sonra bərbər para almadan “ikramdı” söyləyir. Səhəri bərbər işə gəldiyində qapının önündə bir erməni sırası görür. Quyruq deyirsiz siz ona. Daha sonra türk gəlir bərbərə, yenə “ikramdı” deyir usta.
Sabah erkəndən dükanın önündə bir poşet bulur, içində türk paxlavası. Bu çox incə işarətlə yazar sözünü söyləmişdi əslində. Kardeşin kardeşə təcavüz etməsinə gəldikdə, bu kəndi ulusuna həqarət deyildi. Xalqlar bu qədər iç-içə, ağız-ağıza yaşarlarsa, bütün məsafələr itərsə belə olaylar qaçılmazdı mesajı idi. Osmanlı sultanlarının həmən-həmən hamısının eşi yabancı olmuş. Və bu ənənə hər zaman hökm sürmüş Türkiyədə. Konu evlilik deyil. Tamam, qarışıq izdivac bir milləti ən azı dış görüntüdən gəliştirir, hətta gözəlləşdirir. Ancaq bəzən millət qarışımında ölçülər tamamən itir. Sən başa çıxarırsan, o da “bu torpaqlarda mənin də haqqım var” deyib hər gün bir terror olayı çıxarır.
“Müsəlman Şərqində ilk Türk Cümhuriyyətini quran, Azərbaycanı yenidən doğuran öndər Məmməd Əmin Rəsulzadənin qəbri Ankaradadı. Atatürkün anıt məzarı olan şəhərdə bizim də dövlət qurucumuzun qəbri var, sayın yazar” |
Mən əslində qatı millətçi filan deyiləm, yalnızca xalqların bir-birini suçlama, yıpratma kontekstində bərabərliyini də təqdir etmirəm. Ölçülər itəndə anarxiya yaranır. Anarxizm isə heç bir cəmiyyətə indiyə kimi uğur qazandırmayıb.
Bizim Türkiyə ilə tarixi ayrılmazlığımız var. Ancaq heç zaman bir-birimizi yıpratmadıq. Sahibləndik, amma mədəni sınırları da aşmadıq. Burda – vətənində siyasi təqibə məruz qalanlara Türkiyə yeri gəldiyində yiyə durdu. Əbdülvahab Yurdsevərimi söyləsəm, Əhməd bəy Ağayevi, Almaz İldırımı… Öyrənin bu aydınlar haqqında, lütfən, Bülent bəy. Siz indi bu tarixi ayrılmazlığı bir köpək misalı səviyyəsinə endirir, yabancılıq göstərməyə çalışırsız. Amma biz elə də köpək səviyyəsində bir xalq deyilik. ABŞ yalnız iyirminci əsrin ortalarında qadına seçki hüququ verdiyi halda bizim çox dəyərli aydınımız Əhməd bəy Ağayev on doqquzuncu əsrdə qadın hüquqları üzərinə çalışmalar yapıb. Türk dünyası, Türkiyə-Azərbaycan ilişkiləri, Azərbaycanın hürriyyəti, ilk cümhuriyyətimizin yaranması, ədəbiyyat, qəzetçilik işləri ilə türk mədəniyyəti üçün böyük bir irs qoyub. Bizim Almaz İldırımımız olub. Vətənindən didərgin salınan böyük şair, aydın sizin Elazığa kimi gedib. Orda Hazar gölü var. Xəzərin sahilindəki vətənini özləyən Almaz İldırım Elazığdakı həmin gölə bir vaxt “Xəzərim” deyib. “Hazar gölü”nün adı ondan qalmadı. 45 il yaşayan şair, ömrünün 19 ilini vətəndən uzaqda keçirib. İkinci vətənində dünyadan köçüb. Sizə bəlkə heç bilmədiyiniz daha sarsıdıcı bir fakt deyəcəm.
Müsəlman Şərqində ilk Türk Cümhuriyyətini quran, Azərbaycanı yenidən doğuran öndər Məmməd Əmin Rəsulzadənin qəbri Ankaradadı. Atatürkün anıt məzarı olan şəhərdə bizim də dövlət qurucumuzun qəbri var, sayın yazar. Məmməd Əmin Rəsulzadəni də zamanında türkçü, millətçi adıyla həbs etdilər, sonralar Moskvaya, ordan da müsibətlə Türkiyəyə gedə bildi. Ömrünün sonuna kimi də vətəninə yaxın düşmək imkanı olmadı. Ailə üzvləri həbs olundu, öldürüldü, sürgün edildi. Türkiyədə qaldı ömrünün sonuna kimi. Orda irs qoydu, çalışmalarını yapdı, arkadaşlar, sayğı qazandı.
1901-ci ildə müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbini açan, ilk Türk Cümhuriyyətini, şərqdə ilk Demokratik Respublikanı (1918) yaradan, bir çox gəlişmiş ölkədən daha tez qadına seçki hüququ verən (1918) müasirlik, bərabərlik uğruna çalışan, cahilliklə döyüşən, ərəbin əbədi qılıncına, rusun əbədi əsarətinə dik baxan bir xalqıq biz. Hə, bir-birimizin dəyərini çox vaxt bilmirik, bir-birimizin uğuruna qısqanc yanaşdığımız da olur. Bəzən nifrət də püskürürük. Ancaq çox ciddi, dünyavi adamlara da sahibik.
Bizim iki bədbəxtliyimiz var: Rusiyanın əlindən yaxa qurtara bilmirik, bir də kanser kimi özümüzü öz içimizdən yeyib bitiririk. Siz ərəb kültüründən qurtula bilmədiyiniz kimi, biz də rus qarmağına ilişmişik. Kiçik bir fərqlə: biz ən azı bu qaranlıqdan bir işıq kimi rus ədəbiyyatını, fəlsəfəsini öyrənməyə çalışmışıq. Puşkindən Brodskiyə, Qoqoldan Platonova, hətta Pelevinə kimi mənimsəyirik. Sizinkilər isə Osmanlıdan bu yana ərəbin bayrağını hara sancmaq haqqında düşünür, türk dünyasından uzaqlaşır. Ərəblərin də Xəlil Cibranı, Əmin ər Reyhanisi, Mixail Nüaymesi, Abdo Xalı var, onun kültürünün bu tərəfindən də yapışmaq olardı, ancaq sizdə hələ də “türban ideolojisi” siyasi və yaşam disiplini olaraq qalır.
Bülent bəy, yazınızda öz xalqınızı “bir yabancını yarışmasının qalibi edən millətimə yazıklar olsun” janrında aşağılamısız. Böyük ürək və cəsarət yiyəsi olan xalqınızı yanlış dəyərləndirirsiz. Yazırsız ki, Türkiyədə çox az yetənək, böyük sənətçi var. Yanılırsız. Türkiyə saysız devlər ölkəsidi. Ədəbiyyatınız, musiqiniz, siyasətiniz, dövlətçiliyiniz zəngindir.
“Biz hara getsək özümüzlə Türkiyə bayrağını aparırıq. Beş yaşlı qızım da tanıyır bu bayrağı. Harda görsə “ ana, bax, Türkiyənin bayrağı” deyir. Bu geniş dünyada böyük mənada Türkiyənin Azərbaycandan Azərbaycanın Türkiyədən başqa bir dostu, dəstəyi yoxdu” |
Mövlanadan Yunus Emrəyə, Kaygusuz Abdaldan Qaracaoğlana, Namık Kamaldan Yahya Kamala, Nəbizadə Nazimdən Rəşad Nuriyə, Bakidən Mehmet Akif Ersoya, Pir Sultan Abdaldan Nazim Hikmətə, Tanpınar, Abasıyanık olmaqla, Orxan Kamaldan Orxan Pamuka, Əziz Nesindən Oğuz Ataya, Halide Edip Adıvardan Elif Şafaka, Yavuz Bülentdən Küçük İskəndərə kimi bir-birindən fərqli, zəngin irsi olan böyük şairlər və yazarlar ordusunun ölkəsində yaşayırsınız. Yalnız sənət elə bir dünya ki, hər kəsin haqqını öz vətənində verməyə bilər.
Məsələn, Ahmed Hamdi Tanpınarla eyni dönəmdə yaşayan, ondan bir il sonra doğulub, bir il sonra ölən Nazim Hikmət həbslərdə çürüdü, vətəndaşlıqdan çıxarıldı, qaçaq düşdü, sürgündə yaşadı. Tanpınarsa ömrünün sonuna kimi sakitcə şeirini, əsərini yazdı, millət vəkili oldu, öyrətmənlik yapdı. Bəlkə də bu sakitlik özünü də yazdığı kimi zamanın nə içində, nə dışında olmasıyla bağlıdı. Çünki bizə “sən beni hiç ağlamadı say” kimi sirli misraları və şəkillərdən baxan gözlərində görünən təmkinli bir üzüntü qalıb. Hər ikisinin türk ədəbiyyatında böyük yeri və əməyi olsa da, türk ədəbiyyatını daha böyük anlamda dünyaya daşıyan Nazim Hikmətdi. Böyük sənətçi həyatı həm də budu. Zamanında öz ölkəsində haqqını almayanların “hökmünü” tarixi ədalət verir, ər ya da gec.
Tanpınarın da yaradıcılığı ölümündən sonra uzun illər diqqətsiz qaldı.
Elnur bəyi bu ağır isimlərlə tutuşdurmuram. Söyləmək istədiyim, öz sənətində onun da ən iyilərdən biri olmasıdı. Sözünü deməyə zamanı var. Və çox arzulayıram ki, bu günə kimi qoruduğu sənətinin ağırlığı, dərinliyi və fəlsəfəsi üzərində durmadan çalışıb intellektual, çəkili bir musiqi yaratmağa davam etsin.
Ordan bəlkə görünmür, ancaq burdan baxanda elə görünür sanki Türkiyə cəmiyyəti sənətin obyektiv haqqını verə bilir. Elnur bəy də bu ümidlə gəldi Türkiyəyə. Yanılmadı. Türk xalqı onun da haqqını verdi. Sizin müzik dünyasına gəldikdə, orda da çox başarılısız. Çox ciddi imzalarınız indi də var, öncələr də olub. İsim sadalamayacam, elə bir Barış Manço, bir Esin Engin, Timur Selçuk, Sezen Aksu, Fazıl Say desək yetər. Hər nə qədər zaman-zaman onları eleştirsəniz də hər birinin Türkiyə sənət dünyasına böyük qatqısı var. Və bu sənətçilər yalnızca şarkıyla uğraşmırlar, öz tarixlərini, böyük kültürü, dünyada baş verən olayları gözəl bilirlər, vətəndaş, insan mövqeyi sərgiləyirlər. Bu anda sənətçi Serdar Ortacın bir videosu ağlıma gəldi. Beyazın proqramında yanğıyla konuşurdu adam. Magazinçilərdən şikayət edirdi. Gerçəkdən magazinçiləriniz kamerayı mikroskop zənn edirlər. Bütün günü sənətçi hayatını izləyirlər. Bu tür proqramların sunucuları dedi-koduyu sənət adıyla millətə sırıyır. Başqasının iç çamaşırında eşələnməyi kendinə məslək seçənləri anlamaq zordu. Bir türk erkəyi, ya da qadını necə işini-gücünü, zamanını başqasının özəlinə xərcləyər? İyrəncdi. Buna orda bir “dur” deyən olmalı. Bunun dışında proqramlarınız çox professional, dünya standartlarına uyğundur. Xəbərləriniz çox gəlişmiş. Türkiyəni az-çox ifadə edir. Sakın bizi Azərbaycan televizyonlarından öyrənməyə qalxmayın. Orda gerçək Azərbaycan yoxdu. Onlar “zararsız” proqramlar hazırlayıb zamanlarını öldürməklə məşğuldular. Sitelerimiz, online qəzetlərimiz, kitablarımız, internet məlumatlarımız var. Ordan yaxınlaşın bizə. Amacım əslində Sərdar Ortacın proqramdakı çıxışında bu məsələyə diqqət çəkmək idi. Bir cümlədə ulusunu ifadə edir, deyir ki “Mən türkəm, hunlar, turanlar, uyğurlar, altay türklərindən gəlməyəm”.
Bir millətin ən böyük dərdi bilirsizmi nədi? Gecə-gündüz öz soyunu vurğulamaq zorunda qalması. Heç bir ingilisin “mən ingilisəm, ingilisəm” dediyini görmədik. Çünki dilini də, kültürünü də hara getsə özüylə götürür. Sevdirir, sayğı duymağa məcbur edir. Bu gün onun dilini bilməyənə çağdaş insan demirlər. Bir “yabancı” türk oğluyla Türkiyəyə bir şey olmaz. Yalnız Osmanlıdan bu yana yabancı kültürləri propoqanda etməniz, bu kültürlər arasında mədəni inteqrasiyanın deyil, cəhalətə adaptasiya olunması, bu gün ərəb dünyasının Türkiyənin içinə girməsi, onlara hər türlü imkanlar yaradılması, deyil hər yerində artıq ərəbcə konuşulan İstanbul kimi böyük və tarixi şəhərlərə, bütün məmləkətə, onun kültürünə, sənətinə, gələcəyinə təhlükədi.
Təkcə Elnur yox, bizim sizdə dəyərli insanımız çoxdu. Bu balaca məmləkətdən daha geniş yerlərə çıxmaq istəyənlərin ağlına ilk gələn ölkə Türkiyədi. Məmləkətinizin qədrini bilin. Buna görə Türkiyə xalqına, Türkiyənin sağlam ruhlu sənətkarlarına, millətsevər siyasilərinə, bilim adamlarına böyük bir təşəkkür borcumuz var. Daha bir duyğusal məqamı xatırladım. Dəyərli Özcan Denizin Elnur üçün “Azərbaycan onu bir dəfə “Eurovision”a göndərib. İcazə verin, bu dəfə də Türkiyəni təmsil etsin” söyləməsi. Bu nə böyüklükdə bir ürəkdi, necə böyük professionallıqdı.
Köpək Maksa gəldikdə, yarışmanı qazanan əslində heyvancığaz yox, onun öyrətmənidi. Toplum peşəkar bir təlimçini dəyərləndirdi, sadəcə. Bu da ayrıca bir sənət növüdü. Bunu xalqın qüsuru kimi təqdim etmək doğru görünmədi.
Bizim də sorunlarımız az deyil. Saysız qüsurlarımız da var. Bizim də gerçək istedadlarımız əzilir bəzən, itib-batır. Biz Elnuru “Eurovision”a göndərsək də onu düzgün təqdim edə bilmədik. İfasını önə çəkmək yerinə, onu lələklə bəzədik, üzünü unladıq, öylə yaraşıqlı və başarılı sənətçini tanınmaz hala salıb Avropa səhnəsinə çıxardıq. Sənətin mumyalanmağa gərəyi yox ki.
“O ses Türkiye” yarışmasında yalnız Türkiyə xalqı deyil, elə Azərbaycan xalqı da Elnuru yenidən kəşf etdi. Yadınızdadırsa “Eurovision 2011” yarışmasında birinciliyi qazanan bizim Nigar Camal sonda səhnəyə Türkiyə bayrağıyla çıxdı. TRT şərhçisi duyğulanaraq “mən həyatımda ilk dəfə belə gözəl bir səhnə görürəm” söylədi. Biz hara getsək özümüzlə Türkiyə bayrağını aparırıq. Beş yaşlı qızım da tanıyır bu bayrağı. Harda görsə “ ana, bax, Türkiyənin bayrağı” deyir. Bu geniş dünyada böyük mənada Türkiyənin Azərbaycandan Azərbaycanın Türkiyədən başqa bir dostu, dəstəyi yoxdu. Biz də bir-birimizə “yabancı” desək gerçək yabancıları nə adlandıracağız? Türkiyənin bu balaca ölkə üçün nasıl bir sevgi, pənah yeri olduğunu siz bilməzsiz. Bunu bilmək üçün Azərbaycanı iyi tanımanız, burdan ora baxmanız gərəkir. Türkiyə bizim üçün bir Günəşdi. O doğanda sevinirik, batanda üzülürük.
Sayğılarımla: Aysel Əlizadə
ayselalizade@yahoo.com
https://www.facebook.com/aysel.alizade