Bu videokadrlar ötən ilin yazında Ukraynadakı Müstəqillik meydanında çəkilib. Tribunada minlərlə Ukrayna vətəndaşının qarşısında çıxış edən şəxs Boris Nemtsovdur – dünən gecə Moskvada güllələnərək öldürülən Nemtsov.
Bu videonun 2.40-cı saniyəsində o, Rusiya prezidenti Putini xəstə adam adlandıraraq deyir: “O, ruhi xəstədir”.
Daha sonra Nemtsov Putinin müalicə olunmalı olduğu psixi xəstəxanaları sayır, qeyd edir ki, orada sanitarlar ona iynə vurub sakitləşdirməlidirlər. Nemtsov sözünü belə bitirir: “O təkcə psixi xəstə deyil, həm də həyasız və alçaq adamdır”.