Rusiyalı müxalif siyasətçi Boris Nemtsov öldürülən zaman yanında ukraynalı bir qız olub. O, qətl anında 23 yaşlı fotomodel Anna Duritskaya ilə Moskva küçələrində gəzişirmiş.
Virtualaz.org saytı “LifeNews” telekanalına istinadən xəbər verir ki, istintaq məhz A.Duritskayanın ifadələri sayəsində hadisənin hansı ardıcıllıqla baş verdiyini dəqiqləşdirə bilib.
Ukrayna vətəndaşı olan gənc fotomodel deyib ki, o, Nemtsovu Moskvadakı məşhur QUM ticarət mərkəzinin yanında gözləyib. Onlar orada şam edərək saat 23:00-a az qalmış küçəyə çıxıblar və Vasilyevsk enişinə doğru addımlayıblar. Bundan az sonra isə “Ford” markalı, ağ rəngli avtomobildən çıxan naməlum adamlar Nemtsovu güllələyərək qətlə yetirib. Onun bədəninə 4 güllə dəyib.
Virtualaz.org