Rusiyanın “Lifenews” telekanalı rusiyalı müxalifətçi Boris Nemtsovun qatillərinin hadisə yerindən uzaqlaşması videosunu yayımlayıb.
AzVision.az-ın məlumatına görə, görüntüləri müxalifətçinin qətlə yetirilməsindən iki gün dəqiqə sonra çəkilib.
Moskva video-müşahidə qurğularının çəkdiyi görüntülərdə cinayətkarların diqqəti cəlb etməmək üçün normal sürətlə hərəkət etdiyi görünür. Killərin olduğu avtomobil saatda 60kilometr saatla hərəkət edib.
Rusiya DİN-i yayılan görüntüləri rəsmi olması barədə məlumatları hələki nə təsdiq nə də inkar edir.
Hüquq-mühafizə orqanlarında olan mənbənin sözlərinə görə, hazırda polis qətli baş verdiyi zaman hadisə yerində olan iki avtomobili axtarır. Bu ya “Ford Mandeo” ya da “Kia Rio” markalı avtomobildir.