Topaz Premyer Liqasının lideri “Qarabağ” ispaniyalı futbolçu Dani Quintana ilə razılığa gəlib.
ANS PRESS-in məlumatına görə, hücumameyilli yarımmüdafiəçi Ağdam təmsilçisi ilə müqavilə imzalamaq üçün artıq Bakıdadır.
Quintana ölkəmizə səhər saatlarında təşrif buyurub. Ağdam klubunun 3 illik müqavilə imzalamağı nəzərdə tutduğu Dani bu gün “Qarabağ”ın “Qəbələ”yə qarşı keçirəcəyi oyunu da izləyəcək.
“Valensiya” klubunun yetirməsi olan 28 yaşlı Quintana ilə 3 illik müqavilə imzalanacaq. Futbolçu cari mövsümdə 2 klubda oynadığına görə, Ağdam təmsilçisi onun adını yalnız yayda iştirak ərizəsinə sala biləcək.
“İlyarımdan artıqdı ki, onunla yaxından maraqlanırdım. Hələ onda gətirmək istəyirdim, indi alındı”,- bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.