Türkiyənin Əskişəhər rayonunda baş tutan əməliyyatda 10 polis saxlanılıb.
Müsavat.com-un məlumatına görə, səhər saatlarında başlayan əməliyyat müxtəlif ünvanlarda aparılıb. Saxlanılan polislərin qeyri-qanuni dinləmələrdə şübhəli bilindikləri qeyd edilib.
Saxlanılanlar arasında keçmiş Əskişəhər kəşfiyyat idarəsinin rəisi və müavininin də olduğu bildirilir. Ancaq onlar haqqında axtarış qərarı olmadığı da qeyd edilir.