Rusiya müxalifət lideri Boris Nemtsovun ölümü ətrafında söz-söhbətlər səngimək bilmir. Rusiya mətbuatı iddia edir ki, Nemtsovun ölümü əvvəlcədən bilinirmiş.
Belə ki, Vikipediyada Boris Nemtsov haqqında yazıda əvvəlcədən onun ölüm tarixi bildirilib. Sui-qəsddən bir neçə saat əvvəl siyasətçi haqqında məqalə dərc edilib.
“2015-ci il 27 fevral tarixində Moskva şəhərində öldürülüb”, deyə yazıda qeyd olunur. Lakin diqqət çəkən məqam bundan ibarətdir ki, yazıda siyasətçinin ölümündən bir neçə saat əvvəl 21:40 qeyd olunur ki, Nemtsov 23:40-da öldürülüb.
Əldə edilən məlumatlara görə, Vikipediyaya yerləşdirilən yazının İP ünvanı İvanova şəhərindədir..
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.