İmişli rayonunun mədəni, sosial və iqtisadi həyatını əks etdirən “İmishli Land” jurnalının ikinci sayı işıq üzü görüb.
“Qafqazinfo” xəbər verir ki, jurnalın ikinci sayında rayonun tarixi, ənənələri, mətbəxi, həmçinin bugünki uğurları və gələcək perspektivləri haqda məqalələr dərc olunub. Jurnalın səhifələrində Azərbaycanın iri göllərindən olan sazan və külmə balıqları ilə bol olan Sarısu barədə, imişlili gənc rəssamlar Firuzə Miriyeva və Camal Muradlı barədə, həmçinin artıq 68 il İmişlidə yaşayan fransız İvonna nənənin həyatı barədə öyrənmək olar.
Qeyd edək ki, “İmishli Land” jurnalı İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyevin himayədarlığı və koordinatorluğu ilə dərc olunur.
http://s017.radikal.ru/i402/1503/a1/42dd76440bd5.jpg
http://s016.radikal.ru/i335/1503/f1/b79a3b06668a.jpg
http://s020.radikal.ru/i707/1503/34/a28c4e0905cc.jpg
http://s018.radikal.ru/i500/1503/74/8d2d9c72811c.jpg
http://s017.radikal.ru/i415/1503/00/e2ce919ca513.jpg
http://s017.radikal.ru/i442/1503/17/c4bfa598f68a.jpg
http://s61.radikal.ru/i171/1503/ff/a48b502f86be.jpg
http://s020.radikal.ru/i700/1503/04/edaab91c305b.jpg
http://s04.radikal.ru/i177/1503/5d/b220b3bc985d.jpg
http://s020.radikal.ru/i712/1503/c5/47969e6ef287.jpg
http://s017.radikal.ru/i444/1503/c7/07652058c57d.jpg
http://s012.radikal.ru/i320/1503/29/f626e6dee470.jpg