2014/15 mövsümün üçün İngiltərə Liqa Kubokunun sahibi bəlli olub.
Dünən Londonun “Uembli” stadionunda keçirilən final qarşılaşmasında “zadəganlar” “Tottenhem”i 2:0 hesabı ilə məğlub edərək kuboka yiyələnib.
“Çelsi” sonuncu dəfə 2007-ci ildə Liqa Kubokunu qazanmışdı. Bu, London klubunun 5-ci analoji uğuru olub.
Kuboku qazanan “zadəganlar”ın baş məşqçisi Joze Mourinyo oyundan sonra da diqqət mərkəzinə düşüb. O, qələbəni özünəməxsus şəkildə qeyd edib.