FaktXəbər-in verdiyi məlumata görə Rusiyanın «Rosenerqoatom» konserinin rəhbəri İranın Buşer Atom Elektrik Stansiyasına əlavə xidmətin göstərilməsi üçün müqavilə imzalayıb.
Kompaniyanın baş direktoru Yevgeniy Romanov bazar günü şirkətin İranın atom kompaniyası ilə 5 illik saziş bağladıqlarını bəyan edib.
O, həmçinin bəyan edib ki, öblkədə Atomo Enrgetikası itnkişaf edəcəyi və əlavə bokların tikiləcəyi təqdirdə «Rosenerqoatom» bu prosesin fəal iştirakçısı olacaq.
Bildirək ki, hazırda Buşehr atom elektrik stansiyasında 1000 Meqavat gücündə nüvə reaktoru fəaliyyət göstərir və stansiya ötən ildən etibarən elektrik enerjisi istehsal edir .
Qeyd edək ki, bundan əvvəl – 2014-cü ildə Rusiyanın “Rosatom” və İranın Atom enerjisi təşkilatı arasında Buşehrdə ikinci və üçüncü elektrik stansiyalarının tikintisi barədə sənəd imzalanıb.