Ölənədək bir ayaqqabı geyinən diktator;
Yararsız təmirə görə naziri döyən prezident…
Adi insanlar kimi, görkəmli şəxsiyyətlər də vizit kartına çevrilmiş qəribə xobbi və vərdişləri ilə yadda qalıblar.
Analitik.az dünya siyasətçilərinin ən qeyri-standart vərdişləri və əyləncələrini toplayıb.
Yeltsinin qaşıqları
Rusiyanın birinci prezidenti Boris Yeltsin qaşıqlarla oynamaq bacarığını nümayiş etdirməyi xoşlayırdı. O, həm Rusiyada, həm də xarici səfərlərdə bunu həvəslə göstərirdi. 1992-ci ildə Yeltsin Qırğızıstana səfəri zamanı Qırğızıstan prezidenti Əsgər Akayevin başını qaşıqlarla oynamaq üçün istifadə edib.
Qəddafinin çadırı
Liviya prezidenti Müəmmər Qəddafi bütün xarici səfərlər zamanı özü ilə çadır aparırdı. O, xarici ölkəyə səfəri boyu burada yaşayırdı və eləcə də qonaqları qəbul edirdi. Hesab olunur ki, Qəddafi mehmanxanalarda təhlükəsizlik baxımından yaşamaq istəmirdi.
Obamanın kondisioneri
ABŞ prezidenti Barak Obama istini çox sevir. Buna görə də o, kondisionerdən heç vaxt istifadə etmir. Onun mühafizəçilərdən biri isə bu qəribə vərdişin qurbanı olub. ABŞ prezidentinin Reci adlı mühafizəçisi daim tər tökməkdən bezdiyi üçün işdən çıxmağa məcbur olub. Onun sözlərinə görə, hətta maşında istilik 30 dərəcəni keçsə də, Obama kondisioneri yandırmağa icavə vermir.
Proxorovun fobiyası
Rusiyalı milyarder və siyasətçi Mixail Proxorov mobil telefondan istifadə etmir. Zənglərə telefonla cavab verməkdənsə, elektron poçtla yazışmaya üstünlük verir, həm də bununla da o qədər maraqlanmır: Onu tanıyanlar deyirlər ki, Proxorov kompüter arxasında işini minimuma endirməyə çalışır.
Kadırovun “tərbiyələndirmək” metodu
Çeçenistan rəhbəri Ramzan Kadırov bir çox qəribəlikləri və qeyri-adi hərəkətləri ilə məşhurdur. O, xüsusilə, öz tabeçiliyində olanları qeyri-standart cəzalandırmaq bacarığına malikdir. Çeçen prezidenti 2013-cü ilin aprelində Respublika bədən tərbiyəsi və idman nazirliyinin binasının xarici görünüşünü bəyənməmişdi. Kadırov iki həftə ərzində binanın əsaslı təmir olunmasını tələb etmiş və idman nazirini cəza qismində rinqə çağırmışdı. Kadırov özü boks üzrə idman ustası adını daşıyır. Sonra o, rinqdə “tərbiyəvi söhbətin” təfərrüatları barədə jurnalistlərə məmnuniyyətlə danışırdı: “Bizim ” dialoq” zamanı mən yumşaq yumruqlarla izah etdim ki, başla işləmək lazımdır”.
Niksonun divar sobası
ABŞ-ın 37-ci prezidenti Riçard Nikson buxar istilik sistemindən istifadə etməkdən imtina etmişdi və öz otağını daim divar sobası ilə isidirdi.
Consonun kostyumları
ABŞ-ın 17-ci prezidenti Endryu Conson yalnız özünün biçib tikdiyi kostyumlar geyinərmiş. Qeyd edək ki, Conson prezidentlikdən əvvəl dərzi olub və öz emalatxanası vardı.
Linkolnın silindri
ABŞ-ın 16-cı prezidenti Avraam Linkoln həmişə başında hündür qara silindr – şlyapa gəzdirirdi: demə prezident bu silindrin içində məktublar və qeydlər, maliyyə kağızları, qanun layihələrini daşıyırdı.
Stalinin cangüdəni A.S. Rıbinin söylədiklərinə görə, ölkə başçısı sadə geyimlərə üstünlük verərmiş. Və bir geyimi tamam köhlənib sıradan çıxanadək geyinirmiş. Rıbin xatırlayır ki, onun cəmi bir ayaqqabısı olub və bu ayaqqabını demək olar ki, ölənəcən geyinib.
Suqra MURADZADƏ