ATV-də canlı yayımlanan “Gündəlik” verilişi yenidən gündəmə gəlib. Bu dəfə də verilişin aparıcısı Mətanət Əliverdiyeva tamaşaçıları öz qəribə hərəkətləri ilə təəccübləndirib.
Belə ki, proqramın açılışında “Natiq” ritm qrupunun maraqlı şousu nümayiş olunan zaman aparıcı ayaqqabılarını soyunaraq, rəqs etməyə başlayıb. Maraqlı şou “Gündəlik” verilişinin 1 yaşına həsr olunub.
Qeyd edək ki, Mətanət Əliverdiyeva bundan əvvəl də öz rəqsləri ilə tamaşaçıların marağına səbəb olmuşdu. Onun ispan və ilanla olan rəqsləri mətbuatda və sosial şəbəklərdə xeyli müddət müzakirə edilmişdi.
Ümumiyyətlə, “Gündəlik” veriılişi və onun aparıcısı tez-tez tənqidlərə tuş gəlir. Aparıcının və yaxud da verilişdə qonaq qismində olan müğənnilərin bəzi hərəkət və davranışları kəskin şəkildə qınaq obyektinə çevrilir.
Bu barədə musavat.com-a açıqlama verən aparıcı onu tənqid edənləri paxıllıqda suçlamışdı: “Bunların hamısı paxıllıqdandır, onlar zirvəyə çata bilməyən insanlardır. Bəli, bü gün verilişim barədə tənqidi fikirlər var, amma cüzi qədərdir. Hamı “Gündəlik” verlişini sevir. Əgər sevilməsəydi, bu qədər reytinq qazana bilməzdik. Yaxşı verilişdir, deyə baxırlar da… Kimsə bəyənmirsə baxmasın, mən kiməsə demirəm ki, elə oturub, mənə baxsın. Qətiyyən, mən heç vaxt, heç kimi, nəyəsə məcbur edən insan deyiləm. Pis verilişə kim baxar ki, şəxsən mən də yalnız yaxşı olan verilişləri izləyirəm. Orada kimə neyniyirik ki, qəribədirlər e… (gülür). Tapıntıdır, veririk, şənlik lazımdır edirik, tanınmışları çağırırıq, insanlar hansı müğənnini görmək istəyirlərsə görür, dinləyirlər. Bəyənməyənlər yerli kanallarımız olmur, başqa dövlətin kanallarını izləsinlər”.