Almaniya Ukrayna böhranına görə Rusiyanın Qərb tərəfindən uzunmüddətli təcrid olunmasına qarşı çıxır. Modern.az saytının xarici KİV-ə istinadən verdiyi xəbərə görə Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer “Handelsblatt” qəzetinə müsahibəsində belə açıqlama ilə çıxış edib.
Nazir bildirib ki, Avropanın Rusiyadan uzun müddət üz döndərcəyinə inanmır.
“Əgər bizə bir neçə illər, hətta onilliklər ərzində problemin siyasi həll variantları axtarmaq məcburiyyətində qalacağıqsa, münaqişəni həll etmək üçün əlimizdən gələni etməliyik”,deyə XİN başçısı söyləyib.
Frank-Valter Ştaynmayer qeyd edib ki, Moskvya qarşı sankiyalar Rusiya hakimiyyətini danışıqlar stolu arxasında oturtmaq üçün atılan addım idi.
XİN rəhbəri Ukraynaya əlavə maliyyə yardımı göstərməyin vacibliyini də vurğulayıb.