Safariyə gedən ailə aslanların arasından keçərkən ölüm təhlükəsi yaşayıb.
ANS PRESS-in məlumatına görə, avtomobillə gəzintiyə çıxan ailə gözləmədiyi hadisə ilə qarşılaşıb. Belə ki, aslanlardan biri avtomobilin yaxınına gəlib.
Daha sonra maraqlı gözlərlə maşının içərisinə baxan aslan qəflətən ağzı ilə maşının qapısını açıb. Aslanın bu hərəkətindən sonra avtomobildəki insanlar bir xeyli qorxublar.
Ancaq sayıqlığı əldən verməyən balaca qızcığaz tez qapını örtüb. Balaca bu addımı ilə ailəsini ola biləcək faciədən xilas edib. Həmin balaca hadisənin görüntülərini də çəkməyə macal tapıb.
Bu maraqlı görüntü sosial şəbəkələrdə böyük maraq yaradıb. Video qısa müddət ərzində minlərlə insan tərəfindən izlənilib.