Mart bayramına az qalıb. Brilliant Dadaşova,Tünzalə Ağayeva, Nərgiz Cəlilova, Rövşanə Bektaşı kimi müxtəlif sahələr üzrə tanınmış, uğur qazanmış xanımları “Əzizim, mənə 8 marta gül yox, ətir yox, kitab hədiyyə et!” aksiyasına qoşulmağı və dəstək olmağı təklif edirlər.
Modern.az saytı xəbər verir ki, aksiya təşkilatçısı “Əli və Nino” mağazalar şəbəkəsi bununla bağlı sosial şəbəkələrdə çağırış edib.
“Əgər hədiyyə almaq istəyirsizsə öz sevdiklərinizə kitab hədiyyə edin, hisslərinizi kitabla ifadə edin. Kitab hədiyyələrin ən dəyərlisidir. Ən önəmlisi isə Azərbaycanda kitab hədiyyə etmək mədəniyyətini inkişaf etdirin. İnsanlar ancaq oxumaqla kamilləşə bilərlər. Güllər vaxt keçdikcə sola, ətir isə tükənə bilər. Yalnızca dərin hisslərlə hədiyyə olunmuş kitab, uzun illər keçsə də hər zaman yanınızda olacaq, səmimi xatirələri yada salacaq.
Aksiyaya dəstək olaq. Kitab oxumaq hər zaman dəbdə olsun!”-deyə kampaniyaya qoşulanlar bəyan ediblər.