Prezident İlham Əliyev opera müğənnisi Fidan Hacıyevaya fəxri ad verib.
“Qafqazinfo” xəbər verir ki, prezidentin bu gün imzaladığı sərəncamla Azərbaycan Respublikasında mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibəti ilə Hacıyeva -Naylor Fidan Hacı Ağa qızına “Xalq artisti” adı verilib.