Azərbaycanın futbol üzrə milli yığmasının keçmiş kapitanı Tərlan Əhmədov sensasiya yaradacaq iddia ilə çıxış edib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, T.Əhmədov 2002-ci ildə keçirilən Azərbaycan-Türkiyə oyununa qardaş ölkəyə məğlub olmaları haqda taprışıq aldıqlarını bildirib.
Keçmiş kapitan azərbaycanlı siyasətçilərin onlara bunun üçün təzyiq etdiyini bildirib:
“Biz təklifi qəbul etmədik. Bildirdik ki, oyun pulla satılacağı təqdirdə meydançaya çıxmayacağıq”.
Xatırladaq ki, 2002-ci ildə Dünya Çempionatı seçmələri çərçivəsində Azərbaycan və Türkiyə milli yığmaları iki dəfə qarşı-qarşıya gəlib. Onlardan birində Azrbaycan 3-0, digərində isə 1-0 hesabı ilə rəqibinə məğlub olub.