53 yaşlı Mübariz Məsimoğlu və əmisi oğlu şadlıq evlərindən birinin qarşısında bıçaqlanıb
Şair Mübariz Məsimoğlu ilə birlikdə bıçaqlanan şəxsin adı məlum olub. 3 saylı Şəhər Klinik Xəstəxanasından APA-ya verilən məlumata görə, bu, 55 yaşlı Cavanşir Əkbər oğlu Kazımovdur.
Faktla bağlı hələlik saxlanılan yoxdur. Nizami Rayon Polis İdarəsindən APA-ya bildiriblər ki, cinayəti törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
APA-nın məlumatına görə, hadisə metronun “Qara Qarayev” stansiyası yaxınlığında qeydə alınıb. 53 yaşlı Mübariz Məsimoğlu və yaxın qohumu şadlıq evlərindən birinin qarşısında bıçaqlanıb.
Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, beş bıçaq yarası alan Mübariz Məsimoğlu əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Şəxsiyyəti hələlik dəqiqləşdirilməyən digər yaralı isə bir bıçaq yarası ilə xəstəxanaya daxil olub.
Qeyd edək ki, Mübariz Məsimoğlu şairdir.