Daxili İşlər Nazirliyinin yüksək vəzifəli şəxsi qəza törədib.
Qafqazinfo.az-ın verdiyi xəbərə görə, hadisə martın 5-i saat 01:00 radələrində baş verib.
Balaxanı qəsəbəsi ərazisində DİN-in Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi, polis polkovniki Əbdül Zərgərli idarə etdiyi Hundai markalı 10 AA 021 nömrəli xidməti avtomobillə piyada, qəsəbə sakini 1993-cü il təvəllüdlü Rasim Əliyevi vurub.
R.Əliyev yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır.