Kürdəmirdə qətl hadisəsi baş verib.
ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə martın 5-də Kürdəmir rayonunun Axtaçı Qarabucaq kəndində qeydə alınıb.
Naməlum şəxs tüfəngdən atəş açaraq Axtaçı kənd sakini Neman Budaqova xəsarət yetirib. Nəticədə N.Budaqov hadisə yerində ölüb.
Kürdəmir rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş kənd sakini Toğrul Bağırov tutulub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.