Bakının Bakıxanov qəsəbəsində yaşayan kişini qətlə yetirməkdə şübhəli bilinən rus milliyyətindən olan qadın tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, martın 8-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayan əvvəllər məhkum olunmuş Sabir Qurbanovun bıçaqla qətlə yetirilmiş meyiti mənzilində tapılıb.
Sabunçu Rayon Polis İdarəsi 13-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş onunla qeyri-rəsmi nikah münasibətlərində olan Bakı şəhər sakini Yelena Maxrova tutulub. Faktla bağlı istintaq gedir.