Bakıda ölümlə nəticələnən qəzanın baş verməsinin bəzi təfərrüatları məlum olub.
Report.az məlumatına görə, hadisədən əvvəl sürücü Ramil Hacıyev yolda bir xanımla tanış olaraq onu avtomobilə əyləşdirib. Maşında isə həmin xanımla sürücü R.Hacıyev arasında səmimi münasibətlər yaranıb.
Başı xanıma qarışan sürücü Nəsimi rayonu ərazisində, Cəlil Məmmədquluzadə və Hənifə Ələsgərova küçələrinin kəsişməsində idarəetməni itirib. Nəticədə sürücü R.Hacıyevin idarə etdiyi “Toyota” markalı avtomobil yoldan çıxaraq işıq dirəyinə çırpılıb və aşıb. Qəza zamanı sürücü hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan qadın sərnişin qəzadan xəsarətsiz xilas ola bilib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.