Müğənni Nura Surinin bu il “Avroviziya-2015” mahnı müsabiqəsində Azərbaycanı Elnur Hüseynovun təmsil edəcəyi haqda iddiasını İctimai Televiziya və Radio Yayımları Şirkəti təkzib edib.
İTV-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinin icraçısı Akif Cabbarov AzVision.az-a verilən məlumata görə, “Eurovision” yarışmasında bu il ölkəmizi kimin təmsil edəcəyi hələ müəyyən edilməyib:
“Müsabiqəyə göndəriləcək iştirakçı dəqiqləşdiriləndən sonra bu barədə televiziyanın saytında məlumat yayımlanacaq”.
Qeyd edək ki, müğənni Nura Suri verilişlərin birində Elnur Hüseynovun Azərbaycanı “Eurovision”da təmsil edəcəyini deyib: “Xəbəriniz olsun ki, bu il bizi “Eurovision”da Elnur təmsil edəcək. Ona görə “qədrini bilmədik” kimi sözlər deyilməsin, qədrini bilirik”.