Madonna: “Kaş homoseksual olardım”
Lent.az dünya ulduzu Madonnanın “Out” jurnalına verdiyi müsahibədən seçmələri təqdim edir.
Dünyada qadın hüquqlarının homoseksual hüquqlarından daha az qorunduğundan gileynlənən Madonna şok sayıla biləcək sözlər dilə gətirib: “Niyə Nik Cagger 25 yaşlı qadınla görüşəndə problem olmur, mən gənc bir kişiylə görüşəndə problem olur?! Bu gülüncdür. Haqsızlıqdır. İstər bakirə olun, istər fahişə, fərq etmir, hər halda ayrı-seçkiliyə məruz qalırsınız. Əgər qadın müəyyən bir yaşı keçibsə, cinsiyyətini ifadə etməyə, subay kimi davranmağa, ya da bir kişiylə olmağa haqqı yoxdur”.
Keşmiş həyat yoldaşı Gay Riçi ilə evliykən bəzən özünü məhbus kimi hiss etdiyini deyən Madonna “bəzən sənətçi kimi özümü ifadə etmək istədiyim, ancaq ərimin bundan narahat olacağını düşündüyüm anlar olurdu”.
“Kaş homoseksual olardım” deyən Madonna heteroseksual kişilərin onu anlamadığını deyib: “Onlar sadəcə mənimlə yatmaq istəyir. Homoseksual olanlar isə məni yaxşı anlayır, mən də onların yanında rahat hiss edirəm. Bir problem var ki, onlar da mənimlə sekslə məşğul olmaq istəmir”.