Əhməd Tatlısəs: “Atam reanimasiyadadır”
ABŞ-da beynindən ikinci dəfə əməliyyat olunan türkiyəli müğənni İbrahim Tatlısəsin vəziyyətinin yaxşı olduğu iddialarına oğlu Əhməd Tatlısəsdən sərt reaksiya gəlib.
Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Tatlısəsin oğlu “İnstagram”dan paylaşdığı mesajla deyilənləri yalanlayıb: “Atam hələ də reanimasiyadadır və ölümlə mübarizə aparır. Bu, beyin əməliyyatıdır. Atam əməliyyata gedərkən məndən və ətrafındakı hər kəsdən halallıq alıb getmişdi. Heç kim atamdan dəyərli deyil. Yalan xəbərlər yaymayın! Dualarınızı əsirgəməyin!”