Bakıda kobud qayda pozan daha bir sürücünün videosu yayıldı
Bakıda xanım sürücüyə qarşı kobudluq edərək yol hərəkəti qaydalarını kobudcasına pozan, üstəlik, qəza şəraiti yaradan sürücünün görüntüləri yayılıb.
Avtosfer.az saytına müraciət edən xanım sürücü martın 12-də, saat təxminən 18 radələrində Qara Qarayev prospektindən üzü “Romance Palace”a – Özbəkistan küçəsinə tərəf dönərkən “VAZ 2107” markalı, 90 BE 732 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün onun yoluna çıxaraq qəza şəraiti yaratdığını bildirib.
Qoşa xəttin tələbini pozan “07”in sürücüsü qarşı yola çıxaraq qəza şəraiti yaratmaqla yanaşı, nəqliyyat vasitələrinin bu yolda normal hərəkətinə mane olmaqla bir müddət yolda tıxacın yaranmasına səbəb olub.
Avtosfer.az saytı olaraq həmin görüntüləri sizə təqdim edirik. Ümid edirik ki, Dövlət Yol Polisi İdarəsi qayda pozaraq qəza şəraiti yaradan sürücü ilə bağlı lazımı tədbir görəcək…