“Birlik üçün oxu” layihəsinin üçüncü hissəsi izləyicilərə təqdim olunub. Musavat.com xəbər verir ki, bi dəfə musiqisi Tofiq Quliyevə, sözləri Rəsul Rzaya aid “Sənə də qalmaz”, musiqisi Tofiq Quliyevə, sözləri Teymur Elçinə aid “Göy göl” mahnıları layihəyə daxil edilib.
“Birlik üçün oxu” layihəsi ABŞ-da reallaşdırılmış, sonradan dünyada məşhurlaşmış “Playing for Change” (Türkiyədə “Doğa için çal”) layihəsinin Azərbaycan versiyasıdır.
Layihənin iştirakçıları inanırlar ki, dini, iqtisadi, siyasi, ideloloji fərqliliklərindən asılı olmayaraq, musiqi vasitəsi ilə insanları birləşdirmək, aradakı məsafələri kiçiltmək mümkündür.
Musavat.com