Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızı Ülkər İsayevanı döyməkdə təqsirləndirilən Zaur və Elin qardaşlarından biri barəsində həbs qətimkan tədbiri seçilib.
Musavat.com-un xəbərinə görə , hakim Sahibxan Mirzəyev Zaur Məmmədov barəsində belə bir qərar qəbul edib.
Qeyd edək ki, martın 9-da səhər saat 4.25 dəqiqədə baş verən bu insident mediaya martn 17-də çıxıb və ölkədə böyük ajiotaj doğurub.
H.İsaxanlı qızının döyülmədiyini, onun rəfiqəsi Katyanın fiziki təzyiqə məruz qaldığını bildirir.
Ü.İsayeva da barəsində deyilənləri təkzib edir.