Sosial şəbəkələrdə maraqlı görüntü yayılıb.
ANS PRESS-in məlumatına görə, Afrika ölkələrindən birində balaca uşaq yaramaz meymunla südə görə mübarizə aparıb. Əlindəki süd qabını meymuna vermək istəməyən uşaq buna görə xeyli çətinlik çəkib.
Yaramaz meymun isə uşağın əlindəki südü almaq üçün bütün yollara əl atıb. Balacanın başına tullanan meymun bir neçə cəhd etməsinə baxmayaraq istəyinə nail ola bilməyib.
Cəld davranan balaca südünü də götürərək meymunun əlindən qaçıb. İnternetdə minlərlə insanın izlədiyi bu gülməli hadisə böyük marağa səbəb olub.
Həmin maraqlı anları sizə təqdim edirik: