Neft Daşlarında 23-26-cı meydançadan dənizə neft sızır.
FaktXəbər-in məlumatına görə, bu barədə Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı facebook hesabında Neft Daşlarında neft sızması haqda xəbər paylaşıb. Hüquq müdafiəçisi yazır: “Hörmətli ARDNŞ nümayəndələri!Səhər tezdən indiyədək Neft Daşlarında 23-26-cı meydançadan dənizə neft sızır. Bayram qurtarmadı?”
M.Qəhrəmanlı dənizə neft sızması əks olunan fotoları da paylaşıb. Həmin fotoları da təqdim edirik.
Qeyd edək ki, martın əvvəllərində Xəzər dənizində“BP-Azərbaycan” şirkətininneft platformasından dənizə 100 tona yaxın kimyəvi maddə dağılmışdı. Məlumatı “BP-Azərbaycan” şirkətinin mətbuat katibinin başçısı da təsdiqləmişdi.
http://s018.radikal.ru/i519/1503/87/908d666faa36.jpg
http://i077.radikal.ru/1503/2c/6c7992318374.jpg